Çikaqoda Azərbaycana dəstək aksiyası

Çikaqoda Azərbaycana dəstək aksiyası
  19 Oktyabr 2020    Oxunub:1648
Oktyabrın 18-də Azərbaycanın Müstəqillik günü münasibətilə ABŞ-da İllinoys ştatının Çikaqo şəhərinin meriyası qarşısında dövlət himnimizin sədaları altında üçrəngli bayrağımız havaya qaldırılıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən Azvision.az -a verilən məlumata görə, Amerikanın Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzi (Azerbaijani Center of Midwest America - ACMA) tərəfindən təşkil olunan tədbirdə təxminən 50 nəfərə yaxın soydaşımız iştirak edib.

Bununla da dünya azərbaycanlılarının həmrəyliyi əks etdirilib, Amerika ictimaiyyətinin diqqəti işğalçı Ermənistan ordusunun Gəncə şəhərində törətdiyi terror aktlarına, mülki şəxslərin, xüsusilə azyaşlıların öldürülməsinə cəlb edilib.

Azvision.az



Teqlər: Çikaqo  





Xəbər lenti