İtaliya səfirliyi yeni ünvana köçür

İtaliya səfirliyi yeni ünvana köçür
  19 Oktyabr 2020    Oxunub:4825
İtaliyanın Azərbaycandakı səfirliyi yeni ünvana köçür.
Azvision.az səfirliyin “Facebook” səhifəsinə istinadən xəbər verir ki, səfirlik bundan sonra Landmark kompleksində fəaliyyət göstərəcək.

“Şirvanşahlar Sarayının mənzərəsi üçün çox darıxacağıq. Ancaq bunu yaxşı məqsəd üçün edirik. Növbəti bir neçə gün ərzində səfirlik 20 ildən çoxdur ki, İçərişəhərin mərkəzində yerləşdiyi binadan Landmark kompleksinə köçəcək.

Lakin 1999-cu ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən açılışı həyata keçirilən və bu qədər bağlı olduğumuz köhnə qərargahı tam tərk edə bilməzdik. Köhnə bina İtaliyanın Bakıdakı səfirinin iqamətgahı olaraq istifadə ediləcək və Bakının ən məftunedici guşəsində bizim varlığımızı təsdiqləyəcək”, - deyə səfirliyin məlumatında deyilir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İtaliya   Səfirlik  





Xəbər lenti