Ermənistan məhv edilən daha 19 hərbçisinin adını açıqladı

  19 Oktyabr 2020    Oxunub : 2162
Ermənistan məhv edilən daha 19 hərbçisinin adını açıqladı
Ermənistan tərəfi Dağlıq Qarabağda məhv edilmiş daha 19 hərbçisinin adını açıqlayıb.
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bununla işğalçı ölkənin rəsmən elan etdiyi itkilərin sayı 673-ə çatıb.

Real faktlar isə təsdiqləyir ki, Ermənistan ordusunun itkiləri göstərilən rəqəmlərdən qat-qat çoxdur. Üstəlik, işğalçı ölkə terrorçuları və muzduları da döyüşlərə cəlb edir.

Xatırladaq ki, oktyabrın 10-dan etibarən tərəflər arasında humanitar atəşkəs elan olunub. Buna baxmayaraq, düşmən ordusu atəşkəsi pozmaqda davam edir.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Düşmən   Əsgər   Məhv