İsraildən Türkiyəyə 20 milyonluq kompensasiya
AzVision.az-ın türk mətbuatına istinadən verdiyi məlumata görə, bu istiqamətdə iki ölkə arasında gedən müzakirələrdən sonra razılaşma əldə edilib.
Bildirilir ki, rəsmi Ankara İsrailin təklif etdiyi məbləğlə razılaşmır.
Xatırladaq ki, Türkiyə və İsrail arasında görüşlər ötən ilin dekabr ayında başlamışdı. Deyilənlərə görə, Türkiyə tərəfi təzminat kimi 30 milyon dollar tələb edib. Amma İsrail isə yalnız 15 milyon verməyə hazır olduğunu bidirib. İsrailin Haaretz agentliyinin məlumatına görə, görüşlərdən sonra İsrailin baş naziri Benyamin Netanyahu müzakirələrdə iştirak edən tərəflərə son olaraq 20 milyon dollar təklif edib. Netanyahunun bu rəqəmi 3 milyon dollar daha artıracağı da bildirilir. İsrail diplomatları bu məlumatı nə təsdiqləyib, nə də təkzib edir.
Emin