İranda bir gündə koronavirusdan 337 nəfər ölüb

  19 Oktyabr 2020    Oxunub : 1576
İranda bir gündə koronavirusdan 337 nəfər ölüb
İranda son sutka ərzində 4251 nəfər koronavirusa yoluxub, 337 nəfər isə vəfat edib.
Azvision.az xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari bildirib.

Onun sözlərinə görə, ölkədə virusa yoluxanların ümumi sayı 534 min 631, ölənlərin sayı isə 30 min 712-ə çatıb. Müalicəsi davam edən 4771 xəstənin vəziyyəti ağır olaraq qalır. Bununla yanaşı indiyədək 431 min 360 nəfər sağalaraq evə buraxılıb.

Azvision.az

Teqlər: İran   Koronavirus