BMT TŞ Qarabağ məsələsini müzakirə edib

 BMT TŞ Qarabağ məsələsini müzakirə edib
  20 Oktyabr 2020    Oxunub:2243
BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağda atəşkəsə nəzarətin təmin edilməsinin vacibliyini müzakirə edib.
Azvision.az TASS-a istinadən xəbər verir ki, bu barədə Təhlükəsizlik Şurasına rəhbərlik edən Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya Dağlıq Qarabağa dair qapalı iclasın nəticələri barədə jurnalistlərə açıqlamasında deyib.

Rusiyalı diplomat vurğulayıb ki, atəşkəsin təmin edilməsi vacib məsələdir, çünki müvafiq razılıq əldə olunub, amma əməl edilməyib. Əsas sual onun icrası üzərində nəzarəti necə təmin etməkdir.

Onun sözlərinə görə, əsas məsələ atəşkəsin icrasına nəzarətin necə təmin edilməsidir: "Əlbəttə ki, bu məsələ məsləhətləşmələr zamanı müzakirə olunub və Təhlükəsizlik Şurası yanaşmalarında kifayət qədər vahid mövqedən çıxış edib".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: DağlıqQarabağ   BMT  





Xəbər lenti