Azərbaycan və Pakistan XİN rəhbərləri Qarabağı müzakirə etdi

  20 Oktyabr 2020    Oxunub : 1392
Azərbaycan və Pakistan XİN rəhbərləri Qarabağı müzakirə etdi
Azərbaycan və Pakistanın xarici işlər nazirləri Ceyhun Bayramovla Şah Mahmud Qureşi arasında telefon danışığı olub.
Azvision.az xəbər verir ki, bu barədə Pakistan XİN-in “Twitter” səhifəsində məlumat yayılıb.

Nazirlər qarşılıqlı maraq doğuran məsələləri, ikitərəfli münasibətləri, o cümlədən Azərbaycan və Ermənistan arasındakı gərginliyi müzakirə ediblər.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: CeyhunBayramov