Paşinyan separatçıların sabiq liderləri ilə görüşdü

Paşinyan separatçıların sabiq liderləri ilə görüşdü
  20 Oktyabr 2020    Oxunub:2626
Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağdakı separatçı rejimin sabiq liderləri Arkadi Qukasyan və Bako Saakyan ilə qapalı görüş keçirib.
Azvision.az “168 jam”a istinadən xəbər verir ki, Paşinyan separatçıların sabiq liderləri ilə müharibə bölgəsindəki vəziyyəti müzakirə edib.

Qəzetin yazdığına görə, Arkadi Qukasyan və Bako Saakyan Paşinyanın bir gün əvvəl bəzi partiyaların nümayəndələri ilə görüşdə səsləndirdiyi fikirlərdən təşvişə düşüblər və təcili Qarabağdan İrəvana gəliblər.

Söhbətin nədən getməsi barədə açıqlama verilməyib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Paşinyan   Qarabağ  





Xəbər lenti