“Gəncəni görmədən qayıtmaq yanlış olardı” - Şentop

“Gəncəni görmədən qayıtmaq yanlış olardı” -  Şentop
  20 Oktyabr 2020    Oxunub:2578
Gəncə müharibə müddətində ən çox zərər görən, mülki insanların öldürüldüyü Azərbaycanın ikinci ən böyük şəhəridir. Azərbaycana gəlib buranı görmədən qayıtmaq yanlış olardı.
Azvision.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Gəncədə jurnalistlərə açıqlamasında deyib.

“Biz Türkiyə olaraq 90-cı illərdən Azərbaycanın yanında yer aldıq, daim Azərbaycanı dəstəklədik. Prezident Rəcəb Tayyib Ərdoğanın bütün azərbaycanlı qardaşlara salamı var. Azərbaycanın haqlı davasını dəstəklədik. Ermənilərin Gəncəyə və digər bölgələrə hücumları göstərir ki, Azərbaycan haqlıdır. Mülki insanları bombalayan Ermənistan müharibə cinayəti edir”.

TBMM sədri əlavə edib ki, Qarabağ Azərbaycan torpağıdır, tarix boyunca belə olub: “Beynəlxalq hüquq da bunu təsdiqləyir. BMT TŞ, ATƏT, Avropa Parlamentinin və digər qurumların qərarları var. Bütün dünya Ermənistanı işğalçı olaraq tanıyıb. Mülkilərin bombalanması açıq müharibə cinayətidir. Savaşın bir əxlaqı olur, əsgərlə döyüşülür. Ancaq onlar alçaqcasına mülkilərə hücum edirlər. Təəssüf ki, ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri daxil olmaqla, bu qətliamı, insanlıq cinayətlərini görmədilər, səslərini çıxarmadılar. İnşallah, tezlikə Qarabağ işğaldan azad ediləcək. Qarabağ Azərbaycandır!”.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: MustafaŞəntop  





Xəbər lenti