Ceymstaun Fondu: “Azərbaycan Qarabağda strateji irəliləyişlər edir”
“Şimaldan əks hücuma general-mayor Hikmət Həsənovun komandanlıq etdiyi 1-ci Ordu korpusu, cənubdan isə general-mayor Mais Bərxudarov rəhbərlik etməkdədir. Hər iki general Azərbaycanın yeni nəsil generalları olmaqla, Azərbaycanın işğal edilmiş ərazilərində doğulub və çox gənc yaşlarında doğma yerlərini tərk etməyə məcbur olublar”.
Məqalədə göstərilir ki, Azərbaycan ordusu düşmənin çoxsədli müdafiə xətlərini müvəffəqiyyətlə yararaq işğal edilmiş ərazilərin mərkəzi Xankəndi və azərbaycanlılar üçün çox böyük mədəni-mənəvi dəyər daşıyan Şuşaya doğru irəliləməkdədir. Müəllif işğal edilmiş ərazilərdən Ermənistan Silahlı Qüvvələrinin reallaşdırdığı raket atəşi nəticəsində mülki insanların həyatını itirdiyini və obyektlərə böyük ziyan dəydiyini yazıb və Gəncə şəhərinə raket zərbələri nəticəsində mülki şəxslər, o cümlədən körpələr, uşaqlar və qadınların həlak olduğunu deyib. Müəllif sonda Azərbaycan ərazisindən işğalçı qoşunların çıxarılmayana qədər hansısa atəşkəs razılığının dayanıqlı olmayacağını da diqqətə çatdırıb.
Azvision.az
Teqlər: CeymstaunFondu Hikmət-Həsənov Mais-Bərxudarov AzərbaycanOrdusu