Qazaxıstan səfiri Gəncəyə hücumu pislədi
"Beynəlxalq humanitar hüquq çərçivəsində öhdəliklər nəzərə alınmaqla şəhərlərin, onların sakinlərinin və mülki obyektlərin atəşə tutulmasını qeyri-insani və qəbuledilməz hesab edirəm. Bu baxımdan Gəncə şəhərinə növbəti raket hücumunu və günahsız uşaqlar da daxil olmaqla mülki şəxslərin ölümünü qətiyyətlə pisləyirəm.
Qurbanların ailələrinə və yaxınlarına səmimi qəlbdən başsağlığı verir və yaralıların tezliklə sağalmasını arzulayıram.
Qazaxıstanın bundan öncə ifadə olunan və dəyişilməz mövqeyi çərçivəsində, bir daha münaqişənin sülh yolu, beynəlxalq hüquq prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, bundan əvvəl qəbul olunan BMT Təhlükəsizlik Şurasının Qətnamələrə uyğun olaraq həll edilməsinin vacibliyini təsdiqləyirəm", - deyə səfirin bəyanatında vurğulanıb.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: Gəncə