“Belə layihə lətifə mövzusu ola bilər” - Şentopdan İrəvana cavab

 “Belə layihə lətifə mövzusu ola bilər” -  Şentopdan İrəvana cavab
  20 Oktyabr 2020    Oxunub:3770
Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Ermənistanda Türkiyə istehsalı olan məhsulların ölkəyə gətirilməsini qadağan edən layihə hazırlanması məsələsinə münasibət bildirib.
Azvision.az xəbər verir ki, M. Şentop Gəncədə jurnalistlərə açıqlamasında bildirib ki, bunun Türkiyə üçün hər hansı əhəmiyyəti yoxdur.

“Belə bir layihənin hazırlanması sadəcə lətifə mövzusu ola bilər”, - deyə TBMM sədri vurğulayıb.

Qeyd edək ki, Ermənistan hökuməti Türkiyə istehsalı olan məhsulların ölkəyə gətirilməsini qadağan etməyə hazırlaşır və erməni KİV-ləri bununla bağlı layihə hazırlandığını yazıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Türkiyə   Mustafa-Şentop  





Xəbər lenti