Türkiyədə koronavirusdan daha 74 nəfər öldü

Türkiyədə koronavirusdan daha 74 nəfər öldü
  21 Oktyabr 2020    Oxunub:1589
Türkiyədə son sutka ərzində 74 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazirin sözlərinə görə, daha 1894 yeni yoluxma faktı qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 9445, virusa yoluxanlar isə 351 413 nəfərə çatıb.

Türkiyədə indiyədək 306 939 pasiyent (son sutkada 1512 nəfər) sağalaraq evə buraxılıb.

Azvision.az


Teqlər: Türkiyə   Koronavirus  





Xəbər lenti