“Azərbaycan Ordusu rahat şəkildə Şuşa və Xankəndini azad edə bilər” - Maksim Şevçenko

  “Azərbaycan Ordusu rahat şəkildə Şuşa və Xankəndini azad edə bilər” -    Maksim Şevçenko
  21 Oktyabr 2020    Oxunub:25331
“Azərbaycan Ordusu rahat şəkildə Şuşa və Xankəndini işğaldan azad edə bilər. Düşünmürəm ki, erməni qoşunları onlara mane olmaq iqtidarındadır”.

Azvision.az xəbər verir ki, bunu rusiyalı jurnalist, tanınmış ictimai xadim Maksim Şevçenko deyib.
“Bu gün Azərbaycan Ordusu Zəngilanın azad edilməsi ilə bağlı Prezident İlham Əliyevə məruzə edib. Bu, o deməkdir ki, Qarabağın bütün düzənlik hissəsi özünü “Dağlıq Qarabağ Respublikası”nın qoşunları adlandıran Ermənistan ordusunun işğalından təmizlənib”, - deyə M.Şevçenko vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycan Ordusu öz qüvvəsi, müasir silahları və döyüş taktikası ilə işğal altındakı torpaqlarını azad edib.

Azvision.az


Teqlər: Qarabağ   Ordu   MaksimŞevçenko  





Xəbər lenti