Qırğızıstanda təkrar seçkilərin tarixi açıqlandı

 Qırğızıstanda təkrar seçkilərin tarixi açıqlandı
  21 Oktyabr 2020    Oxunub:1761
Qırğızıstan Mərkəzi Seçki Komissiyası parlamentə təkrar seçkilərin keçirilməsi haqqında qərarı təsdiqləyib.
Azvision.az xəbər verir ki, təkrar seçki dekabrın 20-nə təyin olunub.

Xatırladaq ki, Qırğızıstanda 4 oktyabrda keçirilmiş parlament seçkilərinin nəticələri ölkədə kütləvi etirazlara səbəb olub. Bundan sonra seçkilərin nəticələri ləğv edilib.

Qarşıdurmalarda 1,2 mindən çox insan yaralanıb, bir nəfər ölüb. Ardınca Qırğızıstanın Baş Naziri Kubatbek Boronov istefa verib. 15 oktyabrda isə Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov istefa qərarını açıqlayıb.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Qırğızıstan  





Xəbər lenti