Ermənistan prezidenti Brüsselə gedib

Ermənistan prezidenti Brüsselə gedib
  21 Oktyabr 2020    Oxunub:3196
Ermənistan prezidenti Armen Sarkisyan Brüsselə gedib.
Azvision.az erməni KİV-ə istinadən xəbər verir ki, səfər çərçivəsində Sarkisyanın NATO-nun Baş katibi Yens Stoltenberq, Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrell, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və digər rəsmi şəxslərlə görüşü planlaşdırılır.

Səfər Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutur. Görüşlərdə Dağlıq Qarbağdakı gərginlik müzakirə ediləcək.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: DağlıqQarbağ  





Xəbər lenti