“Türk dünyası Azərbaycanı dəstəkləyir”- Baş katib

  21 Oktyabr 2020    Oxunub : 2027
 “Türk dünyası Azərbaycanı dəstəkləyir”-  Baş katib
Ermənistanın raket hücumuna məruz qalan Gəncəyə şəhərinə səfər etmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Amreyev dağıntılar bölgəsində araşdırmalar aparıb.
Azvision.az xəbər verir ki, Türkiyə mətbuatının yaydığı məlumata görə, o, jurnalistlərə açıqlamasında Gəncəyə hücumları kəskin şəkildə qınayıb.

Dağlıq Qarabağdakı hadisələri yaxından izlədiklərini söyləyən Amreyev Azərbaycana qələbə arzularını çatdırıb: “Türkdilli ölkələr, Türk dünyası və Türk Şurası Azərbaycanın işğal olunmuş ərazilərini xilas etmək hüququnu qeyd-şərtsiz dəstəkləyir. Bu müharibə qardaş Azərbaycan xalqı üçün vətən müharibəsidir. Dostumuz Azərbaycana sülh və qələbə diləyirik”.

Türk Şurasının Baş katibi problemin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü əsasında sülh yolu ilə həll olunmasını dəstəklədiklərini vurğulayıb.

Azvision.az

Teqlər: Türk-Şurası   Gəncə   BağdadAmreyev