Ermənilər Paşinyanı qorxaqlıqda ittiham edir

  21 Oktyabr 2020    Oxunub : 2652
 Ermənilər Paşinyanı qorxaqlıqda ittiham edir
Bu gün həm cəbhədə, həm də diplomatiyada Azərbaycana məğlub olmuş Ermənistan rəhbərliyi ölkədə sərt tənqid olunmaqdadır.
Azvision.az xəbər verir ki, sosial şəbəkələrin erməni seqmentində Paşinyan qorxaqlıqda ittiham olunur və bu faktlarla göstərilir.

Məsələn, sosial şəbəkə istifadəçisi Qaqik Soqhomonyan yazır:

“Xatırlayırsınız, 2008-ci ilin rus-gürcü müharibəsi zamanı bronjilet geyinmiş Saakaşvili necə qaçırdı, mühafizəçi də arxasından qaçdı və o, çaya yıxılanda üzərinə uzandı. Siz onun qorxmuş sifətini xatırlayırsınız?

İki gün əvvəl Gorusda məclis təşkil edəndə və süniklilərə "toplaşın, Süniki necə qorumaq istəyirsiniz", deyəndə Paşinyan Qikorla belə bir hal baş verdi. Xatırladığınız kimi, Meğri və Kacaranın şəhər başçıları tələm-tələsik bildirdilər ki, özünümüdafiə üçün adam toplamağa başlayırlar.

Görüşün sonunda mühafizəçi Paşinyan Qikora yaxınlaşır, qulağına pıçıldayır ki, Gorusun üzərində PUA-lar fırlanır. Bu anda Gorusun HHM-i PUA-lara atəş açmağa başlayır. Bu axmaq düşünür ki, PUA-lar ona atəş açır. İnsanlar zalda oturduğu halda panikaya düşmüş eşşək oğlu ayağa qalxır və qaçır, yıxılır, mühafizəçi üstünə uzanır. Bir porno, bir heyvan vəziyyəti... Sonda mühafizəçi bunu belə büzülmüş vəziyyətdə binadan çıxarır, maşına atır və ərazidən uçururlar. "Ali baş komandan"ın bu davranışından heyrətlənmiş və çaşqınlığa düşmüş Sünikin icma başçıları və şəhər başçıları da dərhal yaşayış məntəqələrinə çatırlar və özünümüdafiə üçün adam toplamağa başlayırlar.

Ertəsi gün mühafizəçi Gorusun bu zalına gəlir və yaxınlıqdakı ərazilərin kameralarının videolarını müşadirə edir. Ancaq bir gün bir yerdən çıxacaq və görəcəksiniz ki, Paşinyan Qikor necə heyvan idi. Bunun qorxmuş üzünü görəcəksiniz və düşünəcəksiniz ki, "duxov" papaqları geyinərək, saxta Monte oynayaraq toxum yemək necə olardı, bu günə çatmaq üçün nə qədər eşşək olmaq olardı?".



Azvision.az

Teqlər: Paşinyan