“Erməni diasporundan rupor kimi istifadə edirlər”- Yuri Boçarov

“Erməni diasporundan rupor kimi istifadə edirlər”-  Yuri Boçarov
  21 Oktyabr 2020    Oxunub:3980
Nasizmin təbliğatı və onun tərəfdarları çox güman ki, harada və kiminlə olmasından asılı olmayaraq, əllərində silah tutaraq “Böyük Ermənistan” uğrunda döyüşməyə hazır olan yerli millətçiləri birləşdirmək üçün bir bəhanədir.
Bunu Azvision.az -a açıqlamasında israilli siyasi ekspert Yuri Boçarov deyib.

Onun sözlərinə görə, erməni diasporunun zəngin nümayəndələri, xüsusən iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə yaşayan və yaxşı gəlir əldə edənlər, məsələn, Kim Kardaşyan kimilərin öz imicləri naminə yerli mediada piar olunma ehtimalı böyükdür.

"Xarici ölkələrdə vətənpərvər olmaq, "müsəlman təcavüzündən" danışmaq və heç bir risk etmədən, Qərbdən aktiv hərəkət tələb etmək asandır. Ona görə də dünyanın bir sıra ölkələrində erməni diasporuna anti-Azərbaycan mövzusunun təbliğində hərəkətverici qüvvə kimi xüsusi əhəmiyyət verilməməlidir. Çox vaxt bölgədəki qeyri-sabitliyi saxlamaq istəyən maraqlı tərəflər erməni diasporundan həqiqi hədəflərini ört-basdır etmək, Dağlıq Qarabağ ətrafındakı vəziyyəti gərginləşdirmək üçün bir rupor kimi istifadə edirlər".

Ekspertin fikrincə, Azərbaycanın döyüş meydanında qələbəsi, Paşinyanın onu müdafiə etmədiyinə görə Rusiyanı tərk etməsi NATO bloku da daxil olmaqla Qərbə üz tutması üçün əlində bir bəhanə olacaq. Nəhayət, onu hakimiyyətə gətirilənlərin tələbini yerinə yetirə biləcək.

"Beləliklə, bu gün məsələ başqadır. Rusiya Paşinyanın onu "tərk etməsinə" icazə verəcəkmi və bölgədəki maraqlarını qorumaq üçün hansı addımı atacaq və Azərbaycanın torpaqlarını erməni işğalçılarından tam azad etməsinə necə cavab verəcək. Bunlar önəmli məsələlərdir".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: YuriBoçarov  





Xəbər lenti