Ermənilər Kaliforniyada azərbaycanlılara qarşı vandalizm aktı törədib
Milli zəmində azərbaycanlılara qarşı nifrət çağrışları edən ermənilərin cəzalandırılması üçün hadisə yerinə polis əməkdaşları çağırılıb. Hazırda hadisə ilə bağlı araşdırma aparılır.
Kaliforniya Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Həmid Azəri bu vandalizm aktını, eyni zamanda Azərbaycanın cəbhə xəttindən uzaqda yerləşən Gəncə şəhərinə edilən 2 raket hücumu nəticəsində 24 mülki vətəndaşın, o cümlədən qadın və günahsız uşaqların həlak olmasını, onlarla insanın yaralanmasını hadisə yerinə dəvət olunmuş kütləvi informasiya vasitələri nümayəndələrinin diqqətinə də çatdırıb.
Azvision.az
Teqlər: Azərbaycan ABŞ