İsraildə Gəncə terrorunun qurbanları yad edilib

  21 Oktyabr 2020    Oxunub : 2041
İsraildə Gəncə terrorunun qurbanları yad edilib
İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının təşəbbüsü ilə ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda canından keçən şəhidlərimizin və Gəncə terrorunda həlak olanların əziz xatirəsi yad edilib.
Azvision.az -ın məlumatına görə, Assosiasiyanın üzvü, ravvin Rabbi Şmuel Simantovun aparıcılığı ilə sinaqoqun qarşısında təşkil edilən anım mərasimində şəhidlərimizin ruhuna dualar edilib.

Sinaqoqda bir araya gələn yəhudi həmvətənlərimiz müharibənin tezliklə başa çatmasını, insan tələfatının olmamasını, torpaqlarımızın düşmən işğalından azad olunmasını, əsgərlərimizin tezliklə sağ-salamat evlərinə geri dönməsini və Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasını Tanrıdan böyük ehtiram və səmimiyyətlə diləyiblər.

Azvision.az

Teqlər: İsrail   Azərbaycan