Qar Avropada yaşamı dondurdu - VİDEO

 Qar Avropada yaşamı dondurdu - VİDEO
  03 Fevral 2014    Oxunub:1068
Güclü qar Mərkəzi və Şərqi Avropanı cənginə alıb. Artıq iki gündür ki, Avstraliyaya yağan qar səngimək bilmir. Nəqliyyat və dəmir yolları bağlanıb. Ölkədə əlaqə sistemi pozulub. Bəzi yerlərdə qarın hündürlüyü 1.5 metrə çatıb. Vəziyyət o yerə çatıb ki, yerli hökumət qarın təmizlənməsi işlərinə hərbiçiləri də cəlb edib. 3 gün ərzində düşən qarın 1 aylıq normaya bərabər olduğu bildirilir.

Serbiyada da analoji vəziyyət hökm sürür. Əksər rayonlarda fövqəladə vəziyyət elan olunub. Yüzlərlə insan evlərindən evakuasiya olunub. Onlar müvəqqəti sığınacaqlara yerləşdirilib. Sinoptiklərin proqnozlarına görə Avropada qarlı hava şəraiti hələ bir neçə gün davam edəcək.

Şimali İspaniya da əlverişsiz hava şəraitindən əziyyət çəkir. Burada isə güclü külək və dənizdən qalxan dalğalar problemlərə yol açıb. Xilasedicilərin sözlərinə görə, ötən bazar günü dalğanın hündürlüyü 8 metrə çatıb. Ölkədə təhlükənin “narıncı” səviyyəsi elan olunub. Bu cür hava şəraitinin yaxın günlərdə daha da güclənəcəyi proqnozlaşdırılır. Bənzər vəziyyət Portuqaliyada da yaşanır. Daşqınlar nəticəsində sahilyanı şəhərlərin infrastrukturuna ciddi ziyan dəyib.

AzVision.az





Teqlər:  





Xəbər lenti