Qarabağdakı hərbi əməliyyatlar beynəlxalq hüquqa zidd deyil - Britaniya saytı

Qarabağdakı hərbi əməliyyatlar beynəlxalq hüquqa zidd deyil -  Britaniya saytı
  22 Oktyabr 2020    Oxunub:4410
Böyük Britaniya mətbuatında siyasi analitik Elxan Şahinoğlu və siyasi şərhçi Elnur Eltürkün Azərbaycanın hazırda erməni təxribatına cavab olaraq davam etdirdiyi əks-hücum əməliyyatları, Qarabağ müharibəsinə həsr olunan geniş təhlili dərc olunub.
Azvision.az xəbər verir ki, təhlildə müharibənin başlanması səbəbi izah olunmaqla yanaşı, qonşu dövlətlərin, o cümlədən Türkiyənin, Rusiyanın və İranın rolundan və müharibənin gedişatına təsir imkanlarından danışılıb.

Məqalədə qeyd edilib ki, nəticəsiz qalan 27 illik danışıqlardan sonra Azərbaycanın işğal altındakı torpaqlarını güc yolu ilə geri qaytarması siyasəti beynəlxalq hüquqa zidd deyil. Əksinə, bu hüquq BMT-nin 4 qətnaməsindən tutmuş digər beynəlxalq təşkilatların sənədlərində əks olunub. Azərbaycan danışıqların əleyhinə deyil, ancaq müharibənin dayandırılması üçün Ermənistan öz qoşunlarını Azərbaycan ərazisindən çıxartmalıdır. Bildirilir ki, Azərbaycan müharibəni öz ərazisində aparır.

Yazıda resursları tükənən Ermənistanın məğlubiyyətə məhkum olunduğu əsaslandırılaraq böyük dövlətlərin Azərbaycana mane ola bilmədikləri də vurğulanıb.

Məqalənin tam versiyası ilə BURADAN tanış ola bilərsiniz.

Azvision.az


Teqlər: Böyük-Britaniya   Elxan-Şahinoğlu   DağlıqQarabağ  





Xəbər lenti