Paşinyandan sonra Ovanisyan da yalvarır

Paşinyandan sonra Ovanisyan da yalvarır
  22 Oktyabr 2020    Oxunub:24650
Ermənistan müdafiə nazirliyinin rəsmi nümayəndəsi Artsun Ovanisyan ölkəsinin ağır durumda olduğunu etiraf edib.
Azvision.az xəbər verir ki, o, keçirdiyi mətbuat konfransında ordudakı vəziyyət barədə danışarkən könüllülərə ehtiyac yarandığını xüsusi olaraq qeyd edib.

Ovanisyan deyib: “Hazırda yük könüllülərin üzərinə düşmür. Amma könüllülərə ehtiyac yaranıb”.

Ovanisyan baş nazir Nikol Paşinyanın xalqın könüllü dəstələr yaratması ilə bağlı çağırışına toxunaraq deyib ki, hazırda əsas ağırlıq "nizamlı ordu"nun üzərindədir. Amma könüllülər çoxalsa, uğurlar daha çox olar.

Xatırladaq ki, dünən Ermənistanın baş naziri dövlət strukturları və yerli özünüidarə orqanlarının rəhbərlərindən könüllü dəstələrin yaradılmasını xahiş edib.

Tural Tağıyev
Azvision.az


Teqlər: Artsun-Ovanisyan   Paşinyan  





Xəbər lenti