Ermənistan Qəbələyə “Skad” atıb - FOTO

  22 Oktyabr 2020    Oxunub : 3255
Ermənistan Qəbələyə “Skad” atıb -  FOTO
Azərbaycanın hərbi əməliyyatlar teatrından çox uzaq olan möhtəşəm turizm mərkəzi Qəbələ Ermənistanın raket zərbəsinin hədəfinə çevrildi.

Azvision.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında yazıb.
O qeyd edib ki, Ermənistan raketləri Qafan və Cermuk bölgələrindən atıb: "Çox güman ki, Səddam Hüseynin istifadə etdiyi “Skad”lardır. Ermənistanın ağılsızlığının həddi-hüdudu yoxdur".



Pərvanə Sultanova
Azvision.az

Teqlər: HikmətHacıyev