“Vaşinqton görüşündən irəliləyiş gözləmirik” - Prezidentin köməkçisi

 “Vaşinqton görüşündən irəliləyiş gözləmirik” -  Prezidentin köməkçisi
  22 Oktyabr 2020    Oxunub:3087
Vaşinqtonda keçiriləcək görüşlərdən hər hansı bir irəliləyiş gözləmirik.
Azvision.az “HaberTürk”ə istinadən xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Britaniya Xarici Jurnalistlər Assosasiyasının onlayn təbdirində çıxışı zamanı ABŞ Dövlət katibi Mayk Pompeonun Azərbaycan və Ermənistanın XİN rəhbərlərini Vaşinqtona dəvət etməsi barədə danışarkən deyib.

ABŞ-n Minsk Qrupunun həmsədrlərindən biri olduğuna diqqət çəkən H.Hacıyev Vaşinqtonun problemin sülh yolu ilə həll edilməsi üçün səy göstərdiyini, lakin bunun reallaşmadığını qeyd edib.

Azərbaycanın 30 ildir danışıqlar apardığını xatırladan Prezidentin köməkçisi, danışıqların uğursuzluğunun məsuliyyətinin həm də Minsk Qrupu həmsədrlərinin üzərinə düşdüyünü əlavə edib.

Qeyd edək ki, ABŞ Dövlət katibi Mayk Pompeonun Azərbaycan və Ermənistanın XİN rəhbərləri ilə görüşü oktyabrın 23-də nəzərdə tutulub.

Azvision.az


Teqlər: Hikmət-Hacıyev  





Xəbər lenti