“Paşinyan siyasi baxımdan bitib” - Korotçenko

 “Paşinyan siyasi baxımdan bitib” -  Korotçenko
  22 Oktyabr 2020    Oxunub:3342
Siyasi baxımdan Ermənistanın baş naziri Nikol Paşinyan bitib.
Azvision.az xəbər verir ki, bunu rusiyalı hərbi ekspert İqor Korotçenko “Twitter” hesabında yazıb.

Ekspert qeyd edib ki, Qarabağdakı hərbi məğlubiyyət ona - Paşinyana bağışlanmayacaq.

"Ermənistanın yeni baş nazirinin kim olacağı önəmlidir. Artur Vanetsyan?", - deyə Korotçenko sual edib.

Xatırladaq ki, Vanetsiyan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru olub. Paşinyanla fikir ayrılığına görə vəzifəsindən istefa verib, daha sonra "Vətən" partiyasını yaradıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Paşinyan  





Xəbər lenti