Sabiq erməni deputat Qarabağda məhv edildi

  23 Oktyabr 2020    Oxunub : 2738
 Sabiq erməni deputat Qarabağda məhv edildi
Qarabağda döyüşən Ermənistan parlamentinin sabiq deputatı David Matevosyan məhv edilib.
Azvision.az xəbər verir ki, bu barədə onun qızı Ermine Matevosyan bildirib.

Matevosyan Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın yaxın silhadaşı olub. O, ilk Qarabağ müharibəsinin iştirakçısıdır. 1995-1999-cu illərdə deputat olub. 2008-ci il prezident seçkilərində Ter-Petrosyanın seçki qərargahının rəhbərlərindən biri kimi fəaliyyətini davam etdirib.

Ermənistanda həmin il keçirilən kütləvi etirazların dağıdılmasından sonra üç il həbs cəzasına məhkum olunub. Bir il sonra amnistiya ilə həbsdən çıxıb.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Qarabağ   Erməni   Deputat