Ermənistanda rekord sayda yoluxma qeydə alındı

 Ermənistanda rekord sayda yoluxma qeydə alındı
  23 Oktyabr 2020    Oxunub:2280
Ermənistanda son sutka ərzində daha 2 474 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub. Bununla da ölkədə koronavirusa günlük yoluxma sayı rekord həddə çatıb.
Azvision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 73 310 nəfərə yüksəlib.

Ermənistanda koronavirusdan bir gündə 14 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 1 145 nəfərə ya çatıb. Hazırda 21 560 aktiv koronavirus xəstəsi var.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan  





Xəbər lenti