Sarkisyan Makronla Qarabağı müzakirə etdi

Sarkisyan Makronla Qarabağı müzakirə etdi
  23 Oktyabr 2020    Oxunub:2181
Ermənistan prezidenti Armen Sarkisyan Brüsseldən sonra Fransaya gedib.
Azvision.az erməni KİV-ə istinadla xəbər verir ki, Sarkisyan Yelisey Sarayında həmkarı Emmanuel Makronla görüşüb. Onlar Qarabağ münaqişəsi zonasındakı vəziyyəti müzakirə ediblər.

Sarkisyan Qarabağdakı münaqişənin nizamlanması məsələsində ATƏT-in Minsk Qrupunun həmsədri ölkəsi kimi Fransanın və şəxsən prezident Makronun səylərini və mövqeyini yüksək qiymətləndirdiyini deyib.

“Fransa prezidenti davam edən hərbi əməliyyatlardan və mövcud vəziyyətdən narahatlığını bildirib. Prezidentlər münaqişənin sülh yolu ilə həllinə alternativ olmadığını söyləyiblər, atəşkəs razılaşmalarının həyata keçirilməsinin zəruriliyini qeyd ediblər", Sarkisyanın mətbuat xidmətinin yaydığı məlumatda vurğulanıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Qarabağ   Fransa  





Xəbər lenti