Gürcüstanda daha 1759 nəfər koronavirusa yoluxdu

Gürcüstanda daha 1759 nəfər koronavirusa yoluxdu
  23 Oktyabr 2020    Oxunub:1824
Gürcüstanda son sutka ərzində daha 1 759 nəfər koronavirusa yoluxub. Ölkə üzrə ümumi yoluxma sayı 24 562-a çatıb.
Azvision.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi saytında məlumat yer alıb. İndiyədək 9 751 pasiyent sağalıb, 183 nəfər dünyasını dəyişib.

Hazırda karantində 4 408, stasionar nəzarətdə isə 3 155 nəfər saxlanılır. Xəstəliyi yüngül keçirən 1 848 nəfər xüsusi otellərdə müalicə alır.

Azvision.az


Teqlər: Gürcüstan  





Xəbər lenti