“Qarabağ bütün dövrlərdə Azərbaycanın olub” - İrlandiyalı tarixçi

“Qarabağ bütün dövrlərdə Azərbaycanın olub” -  İrlandiyalı tarixçi
  23 Oktyabr 2020    Oxunub:2474
Məşhur irlandiyalı tarixçi Patrik Volş özünün "Facebook" səhifəsində paylaşdığı statusda “Qarabağ Azərbaycandır" yazıb.
Azvision.az xəbər verir ki, tarixçi Qarabağın bütün dövrlərdə Azərbaycanın tərkib hissəsi olduğunu qeyd edib.

"Qarabağ 1820-ci illərdə ruslar tərəfindən istila edilməsindən bir əsr əvvəl müstəqil müsəlman xanlığı idi. 1917-18-ci illərdə tənəzzülə qədər Çar Rusiyasında müsəlmanların üstünlük təşkil etdiyi vilayətin bir hissəsi idi. Qarabağ 1918-ci ilin mayından bəri müstəqil Azərbaycan Respublikasının tərkibində olub. 1918-ci ilin dekabrından 1919-cu ilin avqust ayına qədər Britaniyanın işğalı altında olan Azərbaycanın bir hissəsi idi. 1919-cu ilin avqustundan 1920-ci ilin mayına qədər müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin tərkibində idi. 1920-1990-cı illərdə Azərbaycan Sovet Sosialist Respublikasının tərkibində olub

Beynəlxalq hüquqa və BMT-nin sənədlərinə əsasən indi də Azərbaycanın tərkibindədir. Hazırda Azərbaycan Ordusu yenidən faktiki olaraq Qarabağı Azərbaycanın bir hissəsinə çevirir. Qarabağ heç vaxt Ermənistan dövlətinin bir hissəsi olmayıb. Cənab Paşinyan, bilirəm ki, siz tarixçi deyilsiniz, amma bunun hansı hissəsini başa düşmürsünüz?".

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Qarabağ  





Xəbər lenti