TİKA cəbhədəki vətəndaşlara ərzaq yardımı edib

TİKA cəbhədəki vətəndaşlara ərzaq yardımı edib
  23 Oktyabr 2020    Oxunub:2976
Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) cəbhə xəttinə yaxın bölgələrdə yaşayan və Ermənistanın hücumlarından zərər çəkən azərbaycanlı mülki əhaliyə 40 ton əsas ərzaq yardımı göndərib.
Azvision.az - a Türkiyə səfirliyindən verilən məlumata görə, qida paketləri Türkiyənin Bakıdakı səfiri Erkan Özoral, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov və TİKA Bakı proqram koordinatoru Teoman Tiryakinin iştirakı ilə təşkil edilən mərasimdən sonra bölgəyə göndərilib.

Səfir Özoral Türkiyənin yaxşı və pis günlərdə Azərbaycanın yanında olduğunu vurğulayıb.

"Öz torpaqlarını işğaldan azad etmək üçün başlatdığı mücadilədə Azərbaycanı sona qədər dəstəkləyəcəyik. Dəstəyimiz sadəcə qardaş olduğumuzdan irəli gəlmir, eyni zamanda Azərbaycanın qanuni mübarizəsindən qaynaqlanır. Qardaşlarımızı heç vaxt tək qoymayacağıq”, səfir əlavə edib.

TİKA Bakı proqram koordinatoru Tiryaki, keçən həftə münaqişə bölgəsində çalışan Azərbaycan Qızıl Aypara işçilərinə 500 ilk yardım dəsti payladıqlarını və bu gün münaqişələr səbəbiylə yerlərini tərk etməli olan ailələrə qida köməyi göndərdiklərini bildirib.

Hazır yeməklər və konservlərdən ibarət 40 ton qida, Tərtər, Ağdam və Bərdə vşəhərlərində cəbhə xəttinə yaxın bölgələrdə yaşayan 2 min ailəyə paylanacaq.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: TİKA   Yardım   Türkiyə  





Xəbər lenti