“Türkiyənin Rusiya qədər prosesdə iştirak hüququ var” - Ərdoğan

“Türkiyənin Rusiya qədər prosesdə iştirak hüququ var” -  Ərdoğan
  23 Oktyabr 2020    Oxunub:2835
Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll prosesində Rusiya qədər iştirak etmək hüququ var.
Azvision.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.

Ərdoğan bildirib ki, Rusiya nə qədər Qarabağ problemi ilə bağlı sülh və sabitlik istəyirsə, Türkiyə də ən azı o qədər istəyir.

"Türkiyənin ATƏT-in Minsk qrupunun üzvü olduğu üçün məsələnin diplomatik yollarla həllində yer alması mümkündür və buna görə indiyədək Rusiya tərəfdən əks mövqe olduğunu eşitməmişik.

Rusiyanın bu məsələdə Türkiyə ilə bağlı mənfi münasibəti haqqında açıqlamalar yoxdur. Var deyənlər, öz qənaətlərini ortaya qoyurlar. Bizim Rusiya ilə istər Suriya, istər Liviya məsələsilə bağlı ortaq fəaliyyətlərimiz var. Ümid edirik ki, Ermənistan-Azərbaycan məsələsində də müvafiq addımlar ataraq regionda sülhü bərqərar edərik”.

Azvision.az


Teqlər: Ərdoğan   Qarabağ  





Xəbər lenti