Ermənilər fransız jurnalistləri terrorla hədələyir - FOTOFAKT

 Ermənilər fransız jurnalistləri terrorla hədələyir -  FOTOFAKT
  23 Oktyabr 2020    Oxunub:4215
Xəbər verdiyimiz kimi, Fransanın “TF1” telekanalının jurnalistləri Azərbaycanın döyüş bölgəsinə yaxın ərazilərindən reportaj hazırlayıblar.
Azvision.az xəbər verir ki, Azərbaycan həqiqətlərini və ermənilərin yaşayış məntəqələrini atəşə tutması barədə məlumatları dünyaya çatdıran jurnalistlər ölümlə hədələnirlər. Onlara və telekanal rəhbərliyinə gələn təhdidlər erməni millətçiləri tərəfindən təşkil olunur.

Prezidentin köməkçisi Hikmət Hacıyev də öz "Tvitter" hesabında bu barədə yazıb: "Ermənistanın hərbi təcavüzünün qərəzsiz işıqlandırılmasına görə Fransanın “TF1” telekanalının jurnalistlərinin erməni lobbisi tərəfindən təzyiqlərə məruz qalmasını və təhdid olunmasını kəskin şəkildə pisləyirik. Bu, peşəkar jurnalistikaya və söz azadlığına qarşı hücumdur”.

Erməni lobbisi tərəfindən fransalı jurnalistlərə ölüm hədələri gəlməkdə davam edir. Valeria Terzian adlı erməni yazır ki, "bu telekanalın rəhbər şəxslərindən bir neçəsinin başı kəsilsə, onlar daha aydın düşünərlər".



Bəzi ermənilər isə ASALA-ya indi daha çox ehtiyac duyulduğunu yazıblar.

Fransa telekanalının həqiqətləri əks etdirən reportaja görə təhdid olunması növbəti dəfə ermənilərin cinayətkar xislətini ortaya qoyur. İllərlə Azərbaycan xalqına qarşı qanlı terror aktları törədən ermənilərin indi başqa millətlərdən olan jurnalistləri ölümlə hədələməsi onların dünya üçün təhlükə mənbəyi olmasından xəbər verir.





Tural Tağıyev
Azvision.az


Teqlər: Fransa   Jurnalist  





Xəbər lenti