Arutyunyan Putinə yalvardı: “Döyüşləri dayandırın”

  Arutyunyan Putinə yalvardı:  “Döyüşləri dayandırın”
  23 Oktyabr 2020    Oxunub:5355
Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində yaradılan separatçı rejimin lideri Araik Arutyunyan Rusiya Prezidenti Vladimir Putinə müraciət edib.
Azvision.az Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, separatçıların rəhbəri Putindən Dağlıq Qarabağdakı döyüşlərin dayandırılmasını xahiş edib.

Putinə yalvarış dolu məktubunda Arutyunyan Rusiya liderini dünyada və regionda böyük nüfuza sahib olan şəxsiyyət və rəhbər adlandırıb:

“Sizdən Dağlıq Qarabağ münaqişə zonasında döyüş əməliyyatlarının dayandırılması və siyasi proseslərin bərpası üçün mümkün olan hər şeyi etməyinizi xahiş edirəm”.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: DağlıqQarabağ   Məktub   Putin  





Xəbər lenti