Litva BMT TŞ-da sədrliyə başladı

Litva BMT TŞ-da sədrliyə başladı
  04 Fevral 2014    Oxunub:1151
Fevralın 1-də Litva Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında (BMT TŞ) ilk dəfə sədrlik etməyə başlayıb.
Litvanın xarici işlər naziri Linas Linkyaviçyus deyib: “Litvanın prioritetləri hüququn aliliyi, münaqişələr dövründə vətəndaşların, xüsusən qadınların və uşaqların müdafiəsi məsələləridir”.

Fevralın 19-da hüququn aliliyi məsələsinə dair diskussiya keçiriləcək. Bu diskussiyanı Litvanın xarici işlər naziri aparacaq.

L.Linkyaviçyus deyib: “Yaxın Şərq, Suriya, Cənubi Sudan, Qvineya-Bisau məsələlərinə baxılması planlaşdırılır. İki komitədə - Konqo Demokratik Respublikasına və Mərkəzi Afrika Respublikasına (MAR) sanksiyalar üzrə komitələrdə məsləhətləşmələr aparılacaq”.



Teqlər:





Xəbər lenti