Moskvada COVID-19-dan ölənlərin sayı artdı

Moskvada COVID-19-dan ölənlərin sayı artdı
  24 Oktyabr 2020    Oxunub:2907
Rusiyanın paytaxtı Moskva şəhərində koronavirusdan ölənlərin sayı yenidən artıb.
Azvision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, Moskvada son sutka ərzində 63 nəfər COVID-19 infeksiyasından dünyasını dəyişib.

Ümumilikdə paytaxtda koronavirusdan ölənlərin sayı 6312 nəfərə çatıb. Moskvada indiyədək 387 minə yaxın şəxs virusa yoluxub, onlardan 285,3 mini sağalıb.

Azvision.az


Teqlər: Moskva   Koronavirus   Pandemiya  





Xəbər lenti