Koronavirusa yoluxanların sayı 43 milyona çatır

   Koronavirusa yoluxanların sayı 43 milyona çatır
  24 Oktyabr 2020    Oxunub:2239
Dünyada koronavirus infeksiyasına yoluxanların sayı 42 milyon nəfəri ötüb.
Azvision.az "Worldometer" saytına istinadən xəbər verir ki, dünya ölkələri üzrə virusa yoluxanların sayı 42 milyon 490 min 278, infeksiyadan ölənlərin sayı isə 1 milyon 149 min 237 nəfərə çatıb.

İndiyədək 31 milyon 427 min 585 nəfər COVID-19 xəstəliyindən sağalıb, müalicəsi davam edən 76 min 534 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Xatırladaq ki, COVID-19 virusu ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Pandemiya 210-dan çox ölkədə qeydə alınıb.

Azvision.az


Teqlər: Koronavirus  





Xəbər lenti