Pompeo tərəfləri substantiv danışıqlara çağırıb

Pompeo tərəfləri substantiv danışıqlara çağırıb
  24 Oktyabr 2020    Oxunub:2689
ABŞ Dövlət katibi Mayk Pompeo dünən Vaşinqtonda Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan və Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov ilə ayrı-ayrılıqda görüşüb.
Azvision.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin saytı məlumat yayıb.

Qeyd edilib ki, Pompeo şiddətə son qoyulmasının və mülki şəxslərin qorunmasının vacibliyini vurğulayıb. O, həmçinin münaqişəni Helsinki Yekun Aktının güc tətbiq olunmaması və ya təhdid edilməməsi, ərazi bütövlüyü, bərabər hüquqlar və xalqların öz müqəddəratını təyinetmə prinsipləri əsasında həll etmək üçün tərəflərin ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə substantiv danışıqlara getməsinin vacibliyini diqqətə çatdırıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: MaykPompeo  





Xəbər lenti