Ermənistanda koronavirus tüğyan edir

Ermənistanda koronavirus tüğyan edir
  24 Oktyabr 2020    Oxunub:2262
Ermənistanda son sutka ərzində daha 2213 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Azvision.az xəbər verir ki, ölkədə COVID-19 virusuna yoluxanların ümumi sayı 75 523 nəfərə yüksəlib.

Ermənistanda koronavirusdan bir gündə 12 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 1157-yə çatıb. Hazırda 23 332 aktiv koronavirus xəstəsi var.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan  





Xəbər lenti