Suriyalı muzdlulara kimin ehtiyacı var? - Rusiya mətbuatı yazır

Suriyalı muzdlulara kimin ehtiyacı var? -  Rusiya mətbuatı yazır
  24 Oktyabr 2020    Oxunub:4214
Rusiyanın “Moskovskiy komsomolets” nəşri “Suriyalı muzdlulara kimin ehtiyacı var?” başlıqlı məqalə dərc edib.
Azvision.az xəbər verir ki, məqalədə suriyalı muzdluların Azərbaycan tərəfindən döyüşməsinə dair heç bir faktın olmadığı vurğulanıb.

"Suriyalı terrorçuların Qarabağ müharibəsində Azərbaycanın tərəfindən döyüməsi barədə məlumatların yayılması kimə sərf edir? Hər şeydən əvvəl, Ermənistanın özünə. Niyə? Ermənistan, yumşaq desək, müharibə meydanında düşmənlə bacara bilmir və əsas məqsədi peşəkar və şəbəkə aktorları tərəfindən suriyalı terrorçularla bağlı bütün dünyada tirajlanmış bir neçə video və fotolardan istifadə edərək Türkiyənin rolunu şişirtməklə münaqişəni beynəlmiləlləşdirmək istəyir.

Beləliklə, Ermənistanın baş nazirinin sözlərinə görə, təkcə muzdlular Azərbaycan tərəfində vuruşmur, eyni zamanda “bu muzdluların bir hissəsi Rusiya ərazisinə köçürülür” və bu da Rusiyaya “bölgədə antiterror əməliyyatı aparmaq üçün bir səbəb və hüquqi əsas” verir.

Bəs bu məlumat kimə sərfəli deyil? Əlbəttə ki, münaqişənin beynəlmiləlləşməsində maraqlı olmayan Azərbaycana. Başqa ölkələr münaqişəyə müdaxilə etməzsə, Azərbaycan ərazilərini təkbaşına qaytarmaq gücündədir. Azərbaycanın əsas üstünlüyü BMT-nin 4 qətnaməsi və son 30 ildə Dağlıq Qarabağın statusu ilə bağlı qəbul edilmiş beynəlxalq sənədlərdir. İndi beynəlxalq terrorçuları öz ərazisinə cəlb etməklə beynəlxalq konvensiyaları pozmaq, Azərbaycan üçün hərbi üstünlüklə yanaşı, münaqişədə əsas "kozır"ın itirilməsi deməkdir. Bu, ölkənin hərbi uğurlarını poza bilər və münaqişədən sonrakı vəziyyətdə danışıqlarda mövqeyini zəiflədə bilər".

Məqalədə deyilir ki, ilk dəfə olaraq muzdluların Azərbaycana "gətirilməsi" barədə məlumatlar sentyabrın 21-də erməni əsilli suriyalı Kevork Almasyan tərəfindən irəli sürüldü. Elə həmin gün münhenli jurnalist Lindi Snell Almasyanın açıqlamasına istinad edərək "Türkiyənin dəstəklədiyi Suriya Milli Ordusu Qarabağa gedir" yazdığı tviti yayımladı. Sübut olaraq, təyyarədəki naməlum hərbçilərin şəklini əlavə etdi və bunların Bakıya uçan "Həmzə" diviziyasının döyüşçüləri olduğunu iddia etdi.

"Ziddiyyətli olsa da, bu tvit ciddi nəşrlərdə və çox sayda mediada əsas mənbəyə çevrildi. Baxmayaraq ki, Snellin hesabına diqqət yetirəndə onun tərəfsiz olmadığı ortaya çıxır. Bir saniyəlik bunun doğru olduğunu təsəvvür edin - sizcə, beynəlxalq reaksiyanı görən Azərbaycan, heç bir şey olmamış kimi ordusuna yeni muzdlu birləşmələr toplamağa davam edərdimi? Yeri gəlmişkən, muzdluların Azərbaycan ordusuna cəlbi ilə bağlı saxta məlumatlar bu günə qədər eyni rejimdə gəlməyə davam edir".

Məqalədə, həmçinin qeyd olunub ki, indiyədək bununla bağlı heç bir dəlil təqdim edilməyib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Qarabağ  





Xəbər lenti