Düşmən daha 36 hərbçisinin məhv edildiyini açıqladı

Düşmən daha 36 hərbçisinin məhv edildiyini açıqladı
  24 Oktyabr 2020    Oxunub:3423
Ermənistan tərəfi Dağlıq Qarabağda məhv edilmiş daha 36 hərbçisinin adını açıqlayıb.
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bununla işğalçı ölkənin rəsmən elan etdiyi itkilərin sayı 963- ə çatıb.

Real faktlar isə təsdiqləyir ki, Ermənistan ordusunun itkiləri göstərilən rəqəmlərdən qat-qat çoxdur. Üstəlik, işğalçı ölkə terrorçuları və muzduları da döyüşlərə cəlb edir.

Xatırladaq ki, tərəflər arasında humanitar atəşkəs elan olunub. Buna baxmayaraq, düşmən ordusu atəşkəsi pozmaqda davam edir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Qarabağ   Düşmən  





Xəbər lenti