Rusiya səfirliyi Arturun ölümü ilə bağlı məlumat yaydı
“Səfirlik Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndələri və mərhumun yaxınları ilə daimi əlaqədədir. A.V.Mayakov oktyabrın 24-də Azərbaycanın Gəncə şəhərində dəfn edilib. Mərasimdə Gəncənin rus icması başçısının müavini İ.V. Kalaşnikova və Gəncədəki Aleksandr Nevski kilsəsinin keşişi Ata Bartolomey iştirak ediblər. Bu kədərli hadisə ilə əlaqədar olaraq səfirlik mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir".
Xatırladaq ki, Artur oktyabrın 17-də Ermənistan tərəfindən Gəncə şəhərinə raket atılması nəticəsində xəsarət almışdı. Bu gün stasionar qaydada müalicə olunduğu xəstəxanada vəfat edib. Artur Gəncə şəhəri K.D.Uşinski adına 29 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdi idi.
Pərvanə Sultanova
Azvision.az