Rusiya XİN-dən Arturun ölümü ilə bağlı açıqlama

Rusiya XİN-dən Arturun ölümü ilə bağlı açıqlama
  24 Oktyabr 2020    Oxunub:3250
Rusiya Xarici İşlər Nazirliyi (XİN) Ermənistanın oktyabrın 17-də Gəncəyə atdığı raket nəticəsində yaralanmış 13 yaşlı yeniyetmənin bu gün xəstəxanada vəfat etməsi ilə bağlı rəsmi “Facebook” hesabında paylaşım edib.
Azvision.az -ın verdiyi xəbərə görə, XİN bəyan edib ki, 17 oktyabrda raket zərbəsi nəticəsində xəsarət alan Rusiya vətəndaşı, 2007-ci il təvəllüdlü Artur Mayakovun vəfat etməsi barədə Azərbaycan tərəfindən Rusiya səfirliyi məlumatlandırılıb.

Qeyd olunub ki, səfirlik Gəncə şəhərinin icra hakimiyyəti orqanları və həlak olanın qohumları ilə daim təmasdadır və onlara lazımi yardım göstərir.

A.V.Mayakov oktyabrın 24-də Azərbaycanın Gəncə şəhərində dəfn edilib. Mərasimdə Gəncənin rus icması başçısının müavini İ.V. Kalaşnikova və Gəncədəki Aleksandr Nevski kilsəsinin keşişi Ata Bartolomey iştirak ediblər.

Azvision.az


Teqlər: ArturMayakov  





Xəbər lenti