Türkiyədə 2091 yeni yoluxma qeydə alındı

Türkiyədə 2091 yeni yoluxma qeydə alındı
  25 Oktyabr 2020    Oxunub:2248
Türkiyədə son sutka ərzində 69 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazirin sözlərinə görə, daha 2091 yeni yoluxma faktı qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 9727, virusa yoluxanlar isə 359 784 nəfərə çatıb.

Türkiyədə indiyədək 313 093 pasiyent (son sutkada 1573 nəfər) sağalaraq evə buraxılıb.



Azvision.az


Teqlər: Türkiyə   Koronavirus  





Xəbər lenti