Rusiyanın “General Həzi Aslanov” tankerində partlayış olub

Rusiyanın “General Həzi Aslanov” tankerində partlayış olub
  25 Oktyabr 2020    Oxunub:3950
Rusiyanın Azov dənizində üzən “General Həzi Aslanov” neft tankerində partlayış olub.
Azvision.az xəbər verir ki, gəmidə olan 13 heyət üzvündən 10 nəfəri xilas edilib. Hazırda 3 nəfərin axtarışları aparılır.

Məlumata görə, tanker Rostov vilayətinin “Qafqaz” limanından yola düşüb. Hadisə vaxtı tankerdə yük olmayıb, partlayış neft məhsullarının buxarından yaranıb.

Üç xilasetmə gəmisi hadisə yerinə yaxınlaşıb.

Azvision.az


Teqlər: Rusiya   Gəmi  





Xəbər lenti