Rusiyada deputat qətlə yetirildi

Rusiyada deputat qətlə yetirildi
  25 Oktyabr 2020    Oxunub:2913
Rusiyanın Leninqrad vilayətinin Vyborqski rayonunun deputatı, iş adamı Aleksandr Petrov qətlə yetirilib.
Azvision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında baş verib. Belə ki, evində naməlum şəxs tərəfindən güllələnən deputat hadisə yerində ölüb. Onun sinəsindən güllə yarası aldığı bildirilir.

Faktla bağlı cinayət işi açılıb. Qətl törədən şəxsin tapılması istiqamətində axtarışlar aparılır.

Azvision.az


Teqlər: Rusiya   Deputat  





Xəbər lenti