Fətullah Gülən Ərdoğanı məhkəməyə verdi
Fətullah Gülənin vəkili Ankara hüquq Məhkəməsinə etdiyi iddia ərizəsini də mətbuata açıqlayıb: “Haqqında iddia qaldırılan cənab baş nazir İstanbul baş prokurorluğu tərəfindən həyata keçirilən 17 və 25 dekabr tarixlərindəki rüşvət və qaçaqmalçılıq əməliyyatlarında həbs olunanlarla bağlı aqressiv, təhqiredici, insanları kin və düşmənliyə təhrik edən çıxışlarla müvvəkilimi və onu sevən insaları hədəfə alıb. Baş nazir bu cür çıxışlarının dərəcəsini günü-gündən artırıb və bunu ağıl və məntiqlə izah oluna bilməyən nöqtəyə çatdırıb. O, çıxışlarında müvvəkilimin adını açıq şəkildə qeyd etməsə də ona işarə edib. İctimaiyyət də bu çıxışların hədəfində onun olduğunu bilib və bu istiqamətdə şərhlər verib”.
Vəkil Albayraq bu mövzuda mətbuatda dərc olunan başlıqları vurğulayıb. O bildirib ki, belə xəbərlərin də hədəfi Fətullah Güləndir.
İddia ərizəsində o da qeyd olunur ki, Fətullah Gülənin hüquqları ağır şəkildə pozulduğundan qarşı tərəf 100 min türk lirəsi mənəvi təzminat ödəməlidir. Həmçinin məhkəmə xərcləri, vəkillik xidməti haqqlarının da haqqında iddia qaldırılan tərəfin ödəməyi tələb olunur.
Fatimə Kərimli