Ermənistanda ciddi iqtisadi tənəzzül yaşanır

 Ermənistanda ciddi iqtisadi tənəzzül yaşanır
  26 Oktyabr 2020    Oxunub:2672
Ermənistan iqtisadiyyatı savaşa reaksiya verməkdə davam edir. Savaş başlanan günlərdən milli valyutası dəyər itirməyə başlayan işğalçı ölkədə son günlər ciddi qiymət artımları da müşahidə edilir. Belə ki, əsgər geyimi 18 000 AMD-dan 25 000 AMD-ya, şəkərin qiyməti isə 320 AMD-dan 385 AMD-a qədər yüksəlib. Digər istehlak mallarında da qiymət artımları qeydə alınıb.
Azvision.az xəbər verir ki, bu barədə Milli Məclisin Füzulidən seçilən deputatı Vüqar Bayramov deyib.

"Ermənistanın hərbi-siyası rejiminə yaxın şirkətlər, o cümlədən supermaketlər işğalçı orduya yardım etdiklərini bəyan etsələr də, qiymət artımı ilə o “yardımı” adi ermənilərin büdcəsindən artıqlaması ilə çıxarmağa çalışırlar. Artıq işğalçı ölkədə ciddi iqtisadi tənəzzül müşahidə olunur.

Beynəlxalq qiymətləndirici şirkətlər, o cümlədən "Fitch" agentliyi tərəfindən Ermənistanın krediti reytinqi aşağı salındıqdan sonra düşmən ölkədə ciddi böhran müşahidə edilir. Regionun ən böyük xarici borc asıllığı olan işğalçı ölkə uzunmüddəti savaşa hazır olmadığı kimi, post-savaş dövründə ciddi iqtisadi və sosial çətinliklər ilə üz-üzə qalacaq. Bu isə nə Paşinyan rejimi, nə də işğalçı ölkə üçün yaxşı nə isə vəd etmir", - deyə iqtisadçı deputat vurğulayıb.

Azvision.az


Teqlər: Ermənistan  





Xəbər lenti